Bələdiyyə başqanının saçını kəsib, üzünə boya atdılar – FOTOLAR, VİDEO
Boliviyada mübahisəli seçki nəticələrindən sonra insanlar küçələrə axın ediblər. Məlumata görə, bu günə qədər qarşıdurmalarda 1 nəfər ölüb, 89 nəfər isə yaralanıb.
Musavat.com haberler.com-a istinadən xəbər verir ki, müxalif nümayişçilər qadın bələdiyyə başqanı olan Patrisia Arceyə işgəncə veriblər. Saçları zorla kəsilən bələdiyyə başqanı küçədə yalın ayaqla gəzdirilib.
Ölkənin Vinto adlı bölgəsində bələdiyyə binasına hücum edən müxaliflər, iqtidar partiyası olan Sosializm Hərəkatına mənsub qadın bələdiyyə başqanı Patrisia Arceni binadan zorla çıxarıblar.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq

Bələdiyyə binasını yağmaladıqdan sonra yandıran nümayişçilər girov götürdükləri və işgəncələrə məruz qoyduqları qadın başqanı bir müddət sonra polisə təhvil veriblər.

Müxaliflərin söyüşlərinə və fiziki təzyiqinə məruz qalan qadın siyasətçinin saçlarının zorla kəsildiyi, üzünə və bədəninə boya, zibil atıldığı bildirilir.
Baş vermiş hadisə ilə bağlı görüntülər sosial mediada yayımlanıb.
Həmin görüntüləri təqdim edirik.
Toğrul İsmayıl,
Musavat.com
https://www.youtube.com/watch?v=aAaEd5bdXnk&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək