Azərbaycanlı fotoqraflar klublararası dünya çempionatında 82-ci oldular
Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə 13-cü FIAP Klublarının Dünya Çempionatı keçirilib.
FIAP-ın himayədarlığı altında Şimali İrlandiyada keçirilən klublararası beynəlxalq foto müsabiqənin nəticələri məlum olub. Müsabiqəyə dünyanın 37 ölkəsindən 3760 foto təqdim olunub. Qaydalara görə, hər bir klub ən azı 10 fotoqraf ilə 20-dək foto təqdim edə bilər. Azərbaycanı ilk dəfə bu yarışmada 17 fotoqrafla “Gilavar” Azərbaycan Foto Klubu təmsil edib. Yekunda “Gilavar” Azərbaycan Foto Klubu 322 bal toplayaraq 188 foto klub arasında 82-ci yerdə qərarlaşıb. İlk onluqda isə Rusiya, Bolqarıstan, Böyük Britaniya, Çin, Tayvan və Macarıstandan olan foto klublar yer alıblar.
“Gilavar” Azərbaycan Foto Klubunun üzvləri mütəmadi olaraq FIAP himayədarlığı altında keçirilən fərdi foto müsabiqələrdə iştirak edir və mükafatlar əldə edirlər. Təkcə 2018-ci il ərzində klubun fotoqrafları Azərbaycanın adına 40-dan artıq beynəlxalq mükafat qazandırıblar.
ƏLAQƏLİ
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
Qeyd edək ki, Beynəlxalq Foto Sənəti Federasiyası dünyada YUNESKO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU
