03.10.2026 - 12:51
İranda dolların məzənnəsi rekord səviyyəyə çatıb
İqtisadiyyat 3 baxış

İranda dolların məzənnəsi rekord səviyyəyə çatıb

İran iqtisadiyyatı çətin günlər yaşayır. Son məlumata görə, ABŞ dollarının məzənnəsi İran bazarlarında tarixdə ilk dəfə olaraq 266 000 tüməni keçib. Bu artım ölkədə iqtisadi gərginliyin bir daha təsdiqidir.

Minval.info xəbər verir ki, son dövrlərdə İranın milli valyutasının dəyər itirməsi ölkə iqtisadiyyatında ciddi problemlər yaradıb. Dolların sürətlə bahalaşması, ölkədə inflyasiya və iqtisadi qeyri-sabitliklə müşayiət olunur.

Bu vəziyyətin səbəbləri arasında ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar və ölkədəki siyasi böhranlar göstərilir. Ekspertlər, məzənnənin bu cür yüksəlməsinin İran əhalisi üçün ciddi iqtisadi çətinliklər yaratdığını bildirirlər.

İran hökuməti isə vəziyyəti stabilləşdirmək üçün müxtəlif tədbirlər görsə də, hələ ki, müsbət nəticələr əldə edilməyib. Mütəxəssislər, yaxın gələcəkdə də dolların məzənnəsində dalğalanmaların davam edəcəyini proqnozlaşdırırlar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: