Azərbaycanda müəllim 7-ci sinif şagirdi ilə nişanlanıb: "Ona dərs demişəm" - VİDEO
Müəllim 7-ci sinifdə oxuyan məktəbli ilə nişanlandığını bildirib.
Minval.info xəbər verir ki, Azərbaycan telekanalında efirə gedən verilişlərdən birinə dəvət alan Mirismayıl Xәlәfli şagirdini sevdiyini və onunla ailə qurduğunu deyib.
Qeyd edək ki, adı çəkilən şəxs proqramda median nümayəndəsi və sayt rəhbəti kimi iştirak edib.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
“Mən 7-ci sinifdə oxuyan xanımla ailə qurmuşam. Ona görə ki, sabah mənim başıma qaxınc olmasın. Mən öz yoldaşıma dərs demişəm. 7-ci sinifdə oxuyarkən onu məktəbdən çıxarmışam. Kəbin yaşına çatandan sonra ailə qurmuşuq. Sabah xanım mənə deməsin ki, yemək bişirə bilməz, işdən yorğun gəlib, yatmalıdır, dincəlməlidir. Belə bir şey olar?…” – M.Xələfli bildirib.
Onun bu çıxışına isə psixoloq Nərmin Şahmarzadə qəzəblə və emosianal tərzdə reaksiya verib: “Bu, fəxrlə deyiləsi bir şey deyil, pedofillikdir. Alqış gözləyirsiniz? Bu, psixoloji travmadır, zorakılıqdır, ağlamalı situasiyadır. Bilirsiniz, uşaqları niyə oxutdurmaq istəmirlər? Belə müəllimlərin olduğuna görə… Deməli, müəllim şagird münasibətində pozuntu yaşayırlar”.
Samir Mirzə
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
https://youtu.be/np7Bb0uvcBA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"