Bakıda itkin düşmüş şəxslərin problemlərinin həllinə dair konfrans keçirilir
Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə IV beynəlxalq konfrans keçirilir. Bu tədbir, “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda baş tutur.
Minval.info xəbər verir ki, konfransda müxtəlif ölkələrin sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici dövlətlərin yüksək vəzifəli nümayəndələri iştirak edirlər. Eyni zamanda, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də tədbirdə iştirak edir.
Konfransda əsas diqqət etimadın gücləndirilməsinə və itkin düşmüş şəxslərin axtarışı üçün effektiv mexanizmlərin inkişafına yönəlib. Bu çərçivədə insan hüquqları sahəsində mütəxəssislər və xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri də iştirak edir.
ƏLAQƏLİ
Ermənistana itkin azərbaycanlılarla bağlı məlumatları paylaşması üçün çağırış edilib
Tədbirin məqsədi itkin düşmüş şəxslərin problemlərinin həllində beynəlxalq əməkdaşlığın artırılması və daha müasir yanaşmaların tətbiqi yollarını müzakirə etməkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əli Nağıyev itkin düşmüş 4010 nəfərin olduğunu açıqladı
Azərbaycan əsgərinin sərhədi keçməsi İrəvanda narahatlıq yaratdı
Paşinyan azərbaycanlı əsgərin məsələsinə görə işdən çıxarma qərarı verdi
Azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları uğurla davam edir
Sabah Bakıda və Abşeronda güclü yağış gözlənilir
Bosniya və Herseqovinada seçki nəticələri: üç lider qalib gəldi