ABŞ Rusiyada veba təhlükəsi ilə bağlı xəbərdarlıq etdi
ABŞ Dövlət Departamenti, Sibiryanın İrkutsk vilayətində şübhəli pnevmonik vəba hadisəsindən sonra Rusiyaya səyahət etməməyi tövsiyə edib. Departamentin bəyanatında, ABŞ vətəndaşlarının ölkəni dərhal tərk etmələri vurğulanıb.
Minval.info xəbər verir ki, ABŞ səfirliyi, İrkutsk bölgəsindən bir nəfərin ölümünə səbəb olan şübhəli pnevmonik vəba hadisəsi ilə bağlı mətbuat məlumatlarından və İrkutskdakı xəstəxanalarda tətbiq olunan karantin tədbirlərindən xəbərdardır.
Açıqlamada, “Vəziyyəti yaxından izləməyə davam edirik. ABŞ hökumətinin Rusiyada, xüsusilə Moskva xaricində, ABŞ vətəndaşlarına yardım etmək imkanı məhduddur” ifadələri yer alıb.
Dövlət Departamenti, Rusiyaya dair 4-cü səviyyə Səyahət Xəbərdarlığının (Getməyin) qüvvədə olduğunu və Rusiyada olan ABŞ vətəndaşlarının dərhal ölkəni tərk etməli olduğunu qeyd edib.
Donald Tramp, şübhəli vəba hadisəsi ilə bağlı narahatlığını ifadə edərək, ABŞ-ın bu məsələyə ciddi yanaşdığını bildirib. Tramp, “Belə bir şeyin baş verməsini görmək istəmərəm. Bu çətin bir xəstəlikdir” deyə vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsrailin səfiri Zarka: Fransada antisemitizm ciddi problemə çevrilib
Haitidə seçkilər siyasi qeyri-sabitlik səbəbindən təxirə salındı
7 oktyabr tarixinin gələcək nəsillərə təsiri
Husilərin Riyada balistik raket hücumu və Aden hava limanında təxliyə
Yəməndə Husilərin Aden hava limanına hücumu gərginlik yaradıb