06.10.2026 - 17:02
Rusiyada istiqraz bazarında böhran: defolt riski artır
İqtisadiyyat 2 baxış

Rusiyada istiqraz bazarında böhran: defolt riski artır

2026-cı ilin yekunlarına dair proqnozlar göstərir ki, Rusiyada istiqraz bazarında 50-dən çox şirkət defolt riski ilə üzləşə bilər. Bu hadisə, son 17 il ərzində ən yüksək göstəricilərdən biri olacaq.

Minval.info xəbər verir ki, “İzvestiya”nın analitiklərə əsaslanan məlumatına görə, Milli Kredit Reytinqləri Agentliyi (NKR) sentyabr ayına qədər 500-dən çox defolt və texniki defolt hadisəsi qeydə alıb. Bununla belə, bir şirkətin bir neçə dəfə ödəniş gecikdirməsi şirkətlərin ümumi sayını azaldır. İlin əvvəlindən 30-dan çox emitent ödənişlərdə çətinliklərlə üzləşib.

Ekspertlər qeyd edirlər ki, risklər yalnız kiçik şirkətləri əhatə etmir. “Samolyot” şirkəti iki texniki defoltla qarşılaşıb, “Yevrotrans” isə sentyabrda bütün istiqrazları üzrə defolt elan edib.

2026-cı ildə gecikdirilən ödənişlərin ümumi həcmi artıq 41 milyard rubla çatıb. Bu vəziyyətin əsas səbəbləri arasında yüksək faiz dərəcələrinin uzun müddət davam etməsi və iqtisadi artımın zəifliyi göstərilir.

АКРА-nın qiymətləndirməsinə görə, defolt halında olan istiqrazların bazardakı payı bu il 5 faizi keçməyə bilər. Bununla belə, ekspertlər 2027-ci ildə də bu problemlərin davam edəcəyini gözləyirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: