Azərbaycanda aksizli mallarla bağlı qanun pozuntuları aşkarlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti aksizli malların dövriyyəsinə nəzarət tədbirləri çərçivəsində Bakının Suraxanı və Abşeron rayonlarında fəaliyyət göstərən istehsal obyektlərində qanun pozuntuları aşkar edib.
Minval.info xəbər verir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən təsərrüfat subyektində 5 695 litr həcmində, aksiz markası ilə markalanmamış 165 ədəd pivə çəlləyi aşkarlanıb. Bu obyekt Fərəcov Pünhan Arif oğluna məxsusdur. Digər tərəfdən, Abşeron rayonunda Hüseynov Mehrac Qurban oğlunun obyektində isə aksiz markaları düzgün tətbiq edilməyən və təkrar istifadə edilən 890 litr həcmində 27 pivə çəlləyi müəyyən edilib.
Bu məhsullar qanunvericiliyə uyğun şəkildə siyahıya alınaraq müvafiq akt və protokollarla rəsmiləşdirilib. Hazırda hər iki fakt üzrə qanun çərçivəsində rəsmiləşdirmə işləri davam edir.
ƏLAQƏLİ
Mil-Muğanın inkişafı: su qıtlığı və logistika problemlərinə həll yolları
Dövlət Vergi Xidməti, aksizli malların dövriyyəsi sahəsində nəzarəti gücləndirmək, aksiz markalarının düzgün tətbiqini təmin etmək və qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlamaq məqsədilə tədbirlərini davam etdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mil-Muğanın inkişafı: su qıtlığı və logistika problemlərinə həll yolları
Əmək pensiyası qaydalarında mühüm dəyişikliklər təklif edilir
Bank müqavilələrindəki təhlükələr: yeni sistemin rolu
Yeni 20 min manatlıq limit sabahdan tətbiq ediləcək
Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minir
Afrikanın ən varlı adamı Keniyada neftayırma zavodu tikəcək
Qızılın qiyməti yenidən enişdədir