30.09.2026 - 14:30
Elman Rüstəmovun "Platin" şadlıq sarayını satmasının səbəbi açıqlandı
İqtisadiyyat 2 baxış

Elman Rüstəmovun "Platin" şadlıq sarayını satmasının səbəbi açıqlandı

Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun maliyyə vəziyyətinin əvvəlki kimi olmadığı haqda məlumatlar yayılıb. İddialara əsasən, onun xaricdəki biznesi uğursuzluqla nəticələnib və ailə üzvləri Bakıya qayıtmağa məcbur olublar.

Minval.info xəbər verir ki, bu vəziyyət E.Rüstəmovu bəzi addımlar atmağa məcbur edib. O, məşhur “Platin” şadlıq sarayını satışa çıxarıb və bu mülkü satmağa qərar verib.

Məlumatlara görə, şadlıq sarayının alqı-satqısı bir neçə ay əvvəl baş tutub və satış qiyməti 22 milyon manat olub. Bu addımın E.Rüstəmovun maliyyə vəziyyətini düzəltmək məqsədi ilə atıldığı bildirilir.

Satışın detallarına dair əlavə məlumatlar hələlik açıqlanmayıb. E.Rüstəmovun bu qərarı hansı səbəblərlə verdiyi barədə dəqiq məlumat yoxdur, lakin maliyyə çətinliklərinin əsas faktor olduğu iddia edilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: