26.09.2026 - 15:39
Azərbaycan Tbilisidə A sinifli mehmanxana açmağa hazırlaşır
İqtisadiyyat 3 baxış

Azərbaycan Tbilisidə A sinifli mehmanxana açmağa hazırlaşır

“PASHA Holding” Tbilisidə yeni A sinifli hotel və biznes mərkəzinin açılışını planlaşdırır. Bu barədə məlumatı şirkətin baş icraçı direktoru Cəlal Qasımov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində açıqlayıb.

Minval.info xəbər verir ki, Cəlal Qasımov obyektin açılışının sentyabrın sonu və ya oktyabrın əvvəlində baş tutacağını bildirib. Açılış tarixi hələ dəqiqləşməyib, lakin bütün zəruri icazələr artıq əldə olunub. Hazırda tədbirin dəqiq tarixinin razılaşdırılması üzərində işlər aparılır.

Gələcəkdə regionda fəaliyyətin genişləndirilməsi ilə bağlı planlar barədə danışan Cəlal Qasımov, hazırda Gürcüstan paytaxtından kənarda konkret layihələrin olmadığını qeyd edib. “Biz Batumidə və digər lokasiyalarda təklifləri nəzərdən keçiririk, lakin hələlik konkret qərar yoxdur,” – deyə o əlavə edib.

Qeyd edək ki, “PASHA Holding” Gürcüstanın paytaxtı Tbilisidə qonaqpərvərlik və kommersiya daşınmaz əmlakı sahəsində yeni investisiya layihəsinə start verməyə hazırlaşır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: