Ağcabədidə dəhşətli qəza: iki qardaş həyatını itirdi
Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi iki qardaşın faciəli ölümü ilə nəticələnib. Qəza zamanı ölənlərin kimliyi müəyyən edilib.
Minval.info xəbər verir ki, həyatlarını itirən şəxslər 1970-ci il təvəllüdlü Cəfərov Tələt İsfəndiyar oğlu və 1966-cı il təvəllüdlü Cəfərov Novruz İsfəndiyar oğludur. Hər ikisi Ağcabədi rayonunun Poladlı kənd sakinləridir.
Qəza Hindarx qəsəbəsində baş verib. “VAZ-2107” markalı avtomobilin “Hyundai” markalı başqa bir avtomobillə toqquşması nəticəsində qardaşlar həyatlarını itiriblər.
Qəza zamanı digər avtomobildə olan, Ağcabədinin Aşağı Avşar kəndindən olan 2004-cü il təvəllüdlü Rüstəmov Həsən Füzuli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəzi bölgələrdə dolu və sulu qar gözlənilir
Masazır dairəsində ağır yol qəzası baş verib
Siyəzəndə yük avtomobili və minik maşını toqquşdu
Etna vulkanının püskürməsi Siciliyada hava limanını iflic etdi
Afinada partlayış nəticəsində iki nəfər həlak olub
Bakıda Qaradağ rayonunda vulkan püskürdü
Laçında mina partlayışı: Fingə kəndində təhlükə davam edir