15.03.2019 - 22:28
Azərbaycanlı əsgəri döyən gürcüstanlı hərbçilər saxlanıldı
Region 3 baxış

Azərbaycanlı əsgəri döyən gürcüstanlı hərbçilər saxlanıldı — VİDEO

Azərbaycanlı əsgəri döyən gürcüstanlı hərbçilər saxlanıldı

Gürcüstan hərbi polisi Azərbaycan əsilli əsgəri döyməkdə şübhəli bilinən iki hərbçini saxlayıb.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib.

“Saxlanılma ilə bağlı qərarı Tbilisi şəhər məhkəməsi çıxarıb. Onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılacaq”, – məlumatda bildirilib.

Xatırladaq ki, dünən Gürcüstan hərbi polisinin Krtsanisi Milli Hərbi Mərkəzində Kazım Qəhrəmanovun döyülməsində və pulunun zorla ələ keçirilməsində şübhəli bilinən iki hərbçini müəyyən etməsi ilə bağlı məlumat yayılmışdı.

Faktla bağlı cinayət işi başlanıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: