Azərbaycanlı Los-Ancelesdə qeyri-adi muzey açdı - FOTOLAR
Tarix, ədəbiyyat muzeylərinə adət etmişik. Bizim üçün ən fərqli gələn eksponatlar toplusu isə yəqin ki, müasir incəsənət muzeyi olar. Ancaq ABŞ-ın Los-Anceles şəhərində fəaliyyətə başlayan muzey daha əvvəl heç görmədiyimiz qəbildəndir.
Minval.info xəbər verir ki, “Selfie” muzeyi intibah dövründən Paris Hiltonun iddiasi ilə ilk selfi sayılan Britni Spirs şəklinə qədər bir çox foto portreti muzeyin qonaqlarına nümayiş etdirir. Fotomontaj proqramları vasitəsilə şəkillərə son model ağıllı telefonlar da əlavə edilib.
Muzeyin yaradıcıları Tomi Honton və Tair Məmmədov Luvr muzeyində Mona Lisanın portreti ilə selfi çəkənlərin, şəklin özünü çəkənlərdən daha çox olduğunun fərqinə vardıqdan sonra bu ideyanı həyata keçirməyə qərar veriblər. Atası azərbaycanlı olan, anası isə erməni əsilli olan rus vətəndaşı Tahir Məmmədov Bakıda 6 saylı məktəbdə təhsil alıb. Daha sonra tibb texnikumunu yarımçıq qoyaraq ailəsi ilə birlikdə Rusiyaya köçüb. Burada Rusiya vətəndaşlığına keçdiyi üçün adı “Tair” olaraq qeyd edilib.
740 kvadrat metrlik zalda yerləşən muzey ilk mağara rəsmlərindən “Facebook” selfilərinə qədər uzanan bir zaman lenti üzərindədir. Muzeyin interaktiv hissəsində isə iştirakçılar özlərini çox fərqli tarixi dövrlərdə, ya da şəraitdə selfi edə bilərlər.
Selfi sərgisində iştirakçılara maraqlı məlumatlar da verilir. Məsələn, ilk selfinin 1839-cu ildə lampa istehsalçısı Robert Kornelius tərəfindən çəkildiyi bildirilib. Kornelius bu foto üçün 15 dəqiqə hərəkətsiz qalıb.
Dəniz Kərimzadə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU
Renkadan yeni FOTOLAR
















