Azərbaycanlı dünya çempionuna hökm oxundu

Azərbaycanlı idmançı Nail Salyayevin törətdiyi cinayət üzrə işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
“Minval.info”un Oxu.Az-a istinadən verdiyi xəbərinə görə, Gürcüstan vətəndaşı olan Nail Salyayev 5 fevral saat 14:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə ilə idarə etdiyi QAZ 33021 yük markalı avtomobillə qəza törədib.
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
O, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi ilə Buzovna qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Bərəkət Market”in yaxınlığında yolu keçmək istəyən piyadanı vurub. Həmin şəxs 4 gün sonra – fevralın 9-da dünyasını dəyişib.
N.Salyayev məhkəmə iclasında özünü təqsirli bilməyib. O, 2019-cu ildə Gürcüstanda “B” kateqoriyalı sürücülük vəsiqəsi aldığını, 2005-ci ildə işləmək üçün Azərbaycana gəldiyini qeyd edib. O, vurduğu piyadanı tanımadığı avtomobillə 3 saylı Sabunçu xəstəxanasına çatdırdığını bildirib.
Məhkəmə zamanı məlum olub ki, N.Salyayevlə zərərçəkmiş şəxsin hüquqi varisi arasında barışıq əldə edilib. Bu səbəbdən də mərhumun övladı təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Sonda Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin hökmünə əsasən N.Salyayevə 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılıb. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Nail Salyayev 2008-ci ildən Azərbaycan Budo Döyüş növləri Federasiyasının idmançısı olub. Dəfələrlə Azərbaycan çempionu olan Salyayev 2012-ci ildə dünya çempionluğuna da yiyələnib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?