Azərbaycanlı dizaynerdən yeni avtomobil ideyası - Fotolar
Məşhur azərbaycanlı avtomobil dizayneri Samir Sadıxov yeni layihəsi ilə Dubayda baş tutan “Genesis” şirkətinin “GENESIS MAGMA RACING” adlı yarış komandasının təqdimatında iştirak edib.
Minval.info xəbər verir ki, “Hyundai”ın lüks markası “Genesis” 2026-cı ildən etibarən “Dünya dözümlülük çempionatında (WEC)” və 2027-ci ildən ABŞ-ın IMSA seriyasında iştirak edəcəyini elan edib. “Genesis” bu yarışlarda iştirak edərək qlobal bazarda mövqeyini gücləndirməyi hədəfləyir. Bu məqsədlə də Samir təqdimatda qonaqlar üçün yeni model yarış avtomobilinin yarım ölçülü maketini təqdim edib.
“Uşaqlıq arzum gerçəkləşdi və mən dözümlülük yarış avtomobili dizayn etmək şansına sahib oldum. “Genesis GMR-001 Hypercar”ı təqdim etməkdən şərəf hissi duyuram. Bu hələ ki, sadəcə maketdir. Maşın isə hazırlanma ərəfəsindədir. Bir çox test mərhələsindən keçir. Əsl prototipi isə gələn ilə təqdimatı planlaşdırılır “ – deyə o, öz instaqram hesabında yazaraq bildirib.
Qeyd edək ki, Samir Sadıxov son 8 ildir ki “Genesis” şirkətində dizayner kimi çalışır və “Essentia”, “Mint”, “X convertible” modellerinin də həmçinin yadacısıdır.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır