Azərbaycanla danışıqlar gedir ki, kimi kimlə dəyişdirək - Tonoyan

Azərbaycanla əsirlərin dəyişdirilməsinə dair danışıqlar davam edir.
Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.
Jurnalistlər David Tonoyandan Rusiya Xarici İşlər naziri Sergey Lavrovun münaqişə tərəflərini əsir və girovları “hamının hamıya” prinsipi ilə dəyişdirməyə çağıran bəyanatı haqda soruşublar. Tonoyan Azərbaycanla danışıqların getdiyini deyərək bu məsələ ilə bağlı konkretləşdirmə işlərinin getdiyini deyib.
“Hələlik konkret vəzifə yoxdur, amma danışıqlar gedir. Bildiyiniz kimi mən müvafiq komissiyanın sədriyəm. Hazırda danışıqlar gedir ki, biz kimi kimlə dəyişdirmək məsələsini anlayaq”, – Tonoyan bildirib.
Jurnalistlər nazirdən soruşublar: hamını hamıya dəyişdirmək olarmı? Tonoyan isə deyib: “Hazırda mən bu haqda danışa bilmərəm”.
Xatırladaq ki, erməni tərəfi Dağlıq Qarabağda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovu əsir və girovların dəyişdirilməsinə dair danışıqlardan kənarda saxlamağa çalışır. Dağlıq Qarabağın separatçı rəhbərliyi bildirir ki, onların azad edilməsindən söhbət gedə bilməz. Azərbaycan tərəfi isə neçə vaxtdır əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə maskasında narkotik gizlədən şəxs saxlanıldı
Gürcüstanda COVID-19-a yoluxanların sayı 898 mini keçib
Türk ordusu Afrinin bütün kəndlərini terrorçulardan təmizlədi
Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert keçiriləcək
Azərbaycanda bəy toy günü öldü, 3 yas çadırı quruldu - FOTO
İstanbulda daha bir yüksək mərtəbəli bina çökdü - FOTO-VİDEO