Azərbaycanın yüksək çinli məmuru Türkiyədə ada aldı
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Ceyhun Həsənov Egey dənizində mandarin adalarından birini alıb.
Bakupost.az xəbər verir ki, bu iddia ilə tanınmış jurnalist, “Prime TV” -nin rəhbəri Aygün Muradxanlı çıxış edib.
O özünün feysbuk hesabında yazır:
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
“Bodrumun Turqutrəis səmtində istirahət edən Ceyhun Həsənovun gözü üzü Yunanıstan tərəfə olan adalardan birini necə tutubsa, dərhal viski daşıyanına Türkiyənin əmlak şirkətlərindən biri ilə alğı-satqı işini çözməyi əmr edib.
Artıq adada yaxta və katerlər üçün kiçik limanın təmirinə də başlanıb. Görənlər deyir, adanın ərazisindəki kafe-restoranlara yeni mövsüm hazırlıqları zamanı fasad və interyerləri qırmızıya boyamaq tələbi qoyulub. Görünür, Ceyhun Həsənovun qırmızı rəngə düşkünlüyü pomidor biznesində fövqəladə uğur qazanmasından sonra baş verib. Bilənlər bilir, bilməyənlərə deyək ki, Ceyhun Həsənov ölkənin bütün cəzaçəkmə müəssisələrinə rəis təyin edilsə də, kənd təsərrüfatı sektoruna da biganə deyil. Salyanda bir neçə ildir istixanalarda pomidor yetişdirir.
İndi Azərbaycan məmurları arasında özünü beynəlxalq biznes məkanında sınamaq dəbi var. Yəqin Ceyhun Həsənov da Salyanda pomidor, Bodrumda mandarin becərəcək. Day keçib, tövsiyə edirik Şri- Lankada çay da əksin. İran “ağ ölüm” yuvasına çevirdiyi türmələrə nəzarət edir də, gözü arxada qalmasın”.
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
İddialarla bağlı Penitensiar xidmətdən heç bir şərh verilməyib.

Məlumat üçün bildirək ki, Aygün Muradxanlı Türkiyə ilə sıx əlaqəsi olan, orda baş verən prosesləri yaxından izləyən, məlumatlı jurnalistlərdən hesab olunur.
ƏLAQƏLİ
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
Qeyd edək ki, Ədliyyə general-leytenantı Ceyhun Həsənov Azərbaycan Respublikası Prezidentinin 10.06.2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini-Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür