Azərbaycanın ən gözəl qızından yeni fotolar - Yenə qalib oldu (FOTOLAR)
“Azərbaycan gözəli-2019” müsabiqəsində qalib gələn Melisa Nuriyeva Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən mühüm layihədə daha bir əhəmiyyətli mükafata sahib olub.“Dergi.az” xəbər verir ki, “Melisa “Brand of Azerbaijan Awards – 2019” mükafatlandırma gecəsində “İlin modeli” nominasiyasına layiq görülüb.
Nuriyeva yarışmadan olan fotoları şəxsi “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.
Mükafat mərasimində məşhur sənətçilər, aktyorlar, ifaçılar, moda dizayneri və müxtəlif sahələrdən olan digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, Melisa Nuriyeva Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, xaricdə bir çox beynəlxalq gözəllik müsabiqələrində iştirak edib. Melisanın bir neçə ay öncə “Azərbaycan gözəli-2019” milli model yarışmasında birincilik əldə etməsi qalmaqala səbəb olmuşdu. Sosial şəbəkə izləyiciləri onun qalibiyyəti saxta yolla əldə etdiyini və bu ada layiq olmadığını yazmışdılar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU
Renkadan yeni FOTOLAR

