Azərbaycanın Moskvadakı səfirliyində yanğın xəbəri yayıldı – Səfirdən AÇIQLAMA

Rusiya Fövqəladə Hallar Nazirliyinə Azərbaycanın Moskvadakı səfirliyində yanğın çıxması ilə bağlı məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” agentliyi nazirlikdəki mənbəsinə istinadən məlumat yayıb.
Hazırda FHN əməkdaşları informasiyanın doğruluğunu yoxlayırlar. Hadisə yerinə bir neçə yanğınsöndürmə maşını cəlb edilib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə virtualaz.org-a bildirib ki, Rusiya KİV-lərinin diplomatik korpusun binasında yanğınla bağlı yaydıqları xəbər dezinformasiyadır.
“Hazırda biz səfirlikdəyik və burada Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə dərc edilmiş “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimat mərasimi keçirilir. Tədbir çərçivəsində həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunur”, – P.Bülbüloğlu deyib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub