Son zamanlar Azərbaycanda yeni bir cinayət üsulu peyda olub.

Belə ki, narkotik vasitələrin satışı üçün narkotacirlər sosial şəbəkələrdə maddi cəhətdən əziyyət çəkən insanlara onlara özlərini xeyirxah insan kimi tanıdırlar və 50, 100, 500 manat məbləğində kömək edəcəklərini bildirirlər. Bəzən də oğlan adlarından istifadə edərək gənc qızlarla sevgili olub, onlara bahalı hədiyyələr alırlar. Beləcə insanlarla səmimi bir bağ qurulur və bu bağ onların etimadını qazanana qədər davam edir.

Hər şey də elə bundan sonra başlayır. Narkotacir münasibətin gedişində sizdən xahiş edir ki, verəcəyi bir ünvanda bir  paket var və onu başqa bir ünvana çatdırasınız. Eyni zamanda özünün Azərbaycanda olmadığını bildirir və bunu etməyini tələb edir. Taksi pulu və s. məsələləri də həll etdiyini vurğulayır.

Narkotacir isə çatdırılma bitdikdən sonra paketin və çatdırdığı ünvanın şəklini başqa bir qurbanından çəkib göndərməsini istəyir. Sonda narkotik vasitəni onlayn satan narkotacir sifarişçiyə məhsulu yerli “kuryer”lərdən istifadə edərək çatdırır.

Polis isə sadəcə həmin narkokuryerə gedib çata bilir və sonra məlum olur ki, bu adam heç paketin içində nə daşıdığını bilmir.

Bu istiqamətdə çox ciddi araşdırmalar aparılır.

Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı əhaliyə xəbərdarlıq edib və diqqətli olmağa çağırıb.

Mənbə: Fərid Pərdəşünas

Anar Əhməd

Minval.info