Azərbaycanda yaşı 65-dən yuxarı şəxslər əhalinin yeddi faizini təşkil edir

Azərbaycanda yaşı 65-dən yuxarı şəxslər əhalinin yeddi faizini təşkil edir və bu, regionun başqa ölkələri ilə müqayisədə pis göstərici deyil.
Minval.info xəbər verir ki, bunu 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Bakıda fəal və sağlam yaşlanma mövzusuna həsr olunmuş sərgidə Trend-ə açıqlamasında BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev bildirib.
F.Babayev qeyd edib ki, regionda olan digər dövlətlərin böyük problemi cavan təbəqənin azlıq təşkil etməsidir:
“Cavan təbəqə az olduqda ümumi strukturda yaşlıların sayı artır. Müqayisə üçün digər region dövləti olan Ermənistana baxsaq, orada əhalinin sayı 2 milyon yarımdır. Cavan təbəqə əhalinin 20 faizini təşkil edir. Belə olduğu halda iqtisadi aktiv təbəqənin də sayında azalma baş verir. Azərbaycanda isə 10 milyon əhalinin 35 faizini cavan təbəqə təşkil edir.”
O həmçinin bildirib ki, yaşlılar arasında iqtisadi aktivlik artırılmalıdır:
“Biz yaşlı nəsil üçün yeni imkanlar yaratmaq, onların konsultant, ekspert kimi iqtisadiyyata öz tövsiyələrini vermələrini istəyirik”.
ƏLAQƏLİ
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur