Azərbaycanda vaksinasiya hansı səviyyədədir, əhalinin daha neçə faizi vaksin olunmalıdır? - AÇIQLAMA

Hələlik Azərbaycanda əhalinin 30 faizdən bir qədər çoxu vaksinin hər iki dozasını alıb. Əhalinin bir hissəsi xəstələnib sağalıb, bir hissəsi isə birinci doza olunub, ancaq hələ istənilən say əldə olunmayıb. Hər iki dozanı vurduran əhalinin 70 faizə çatması üçün daha fəal çalışmalıyıq.
Minval.info bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
M.Quliyev deyib ki, bu, qlobal bir problemdir: “Ümumiyyətlə tibb tarixi göstərir ki, pandemiyalar bəzən 3-5 il davam edə bilir. Bu baxımdan görünür koronavirus pandemiyasının aradan qalxması üçün zaman lazım olacaq, yəqin ki, yaxın bir il içərisində də biz pandemiya və karantin şərtlərini zaman-zaman tətbiq etməli olacağıq. İstənilən halda vaksinasiyanı etmək lazımdır ki, ölüm halları və ağırlaşmalar olmasın. Eyni zamanda qorunma tədbirlərinə də əməl etməliyik”.
Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 7 611 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 508 115, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 103 091 təşkil edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?