Azərbaycanda vəzifəli şəxs həbs edildi
Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postunun böyük inspektoru Novruzov Mehman Yusif oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Oxu.az-ın əldə etdiyi xəbərə görə, o, dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal etməkdə ittiham edilir.
Belə ki, “Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində işləyərkən, komitə sədrinin əmri ilə bir ay müddətinə “Samur” Gömrük postuna ezam olunub.
Burada o, 5 milyon 539 min manat məbləğində dərman preparatlarını gömrük nəzarətindən kənar, bəyan edilməməklə keçirilməsi məqsədilə adı istintaqa məlum olmayan şəxslə əlbir olaraq, cinayət əlaqəsinə girib.
Bu yolla M.Novruzovun qaçaqmalçılıq edərək dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilib.
Onun barəsində istintaq orqanı tərəfindən həbs-qətimkan tədbiri seçilib.
M. Novruzovun cinayət işi materialları artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Siyavuş Novruzov: “Lazım olsa, dövlət İsa Qəmbərə dəstək verəcək”
Şəhidimiz əmisinin qisasını belə aldı
“Talıbovun İrana “hədiyyə” etdiyi 30 hektar araşdırılmalıdır” - Xəritə
Paşinyan Əliyevlə görüşməmək üçün Davosa getməyib - Erməni syasətçi
Çingiz Abdullayev: “Mən Bakını qorumaq üçün mitinqə qoşularam”
"Xaricdə mənə model deyirlər" - Məleykə Əsədova