Azərbaycanda uşaqlara qoyulan rayon adları
Yəqin ki, Azərbaycanda yeni doğulan körpələrə rayon və şəhər adlarının verilməsi hallarından çoxları xəbərsizdir. Maraqlıdır ki, belə faktlar var.
“Minval.info” Modern.az-a istinadla xəbər verir ki, bəzi valideynlər hansısa şəhər və ya rayonun adına şəkilçi və ya köməkçi söz əlavə etməklə onu övladına verib. Bəzi rayon adları isə elə olduğu kimi uşaqlara qoyulub.
Məsələn, son 5 ildə 4 uşağa Tovuz adı verilib.
1 körpəyə Gəncə, 6-na Gəncəli, 1-nə Gəncəbanu adı qoyulub.
2021-ci ildə dünyaya gələn 1 körpə qız Şuşa adlandırılıb.
Son 5 ildə 2 uşağa Quba, 1-nə Qubaxanım adı qoyulub.
Valideynlər 1 körpəni Şəmkir, 1-ni Şəki adlandırıblar.
Bundan başqa, Şəki adına uyğunluq təşkil edən yeni isimlər də düzəldilib. Belə ki, 1 uşağa Şəkixanım, 1-nə Şəkiyə, 1-nə Şəkixan, 1-nə Şəkibə adı verilib.
Hazırda 1 uşaq Zərdabi, 1 uşaq Kəpəz, 1-i Ağsurə adı ilə böyüyür.
ƏLAQƏLİ
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Son 5 ildə 335 körpəyə Oğuz adı qoyulub. 88 uşaq Oğuzxan, 4-ü Oğuzcan adlandırılıb.
Son 5 ildə 50 körpəyə Nəsimi, 321-nə Nizami, 6-na Xətai, 197-nə Xəzər, 65-nə Füzuli adı verilib.
“Minval.info”
ƏLAQƏLİ
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur