Şirvan şəhərində toyda qətl törədilib.
Salyan rayon sakini Abışov Azər Yusif oğlu bıçaq zərbəsi ilə qətlə yetirilib. İlkin məlumata əsasən, insident toyda baş verən kütləvi dava zamanı qeydə alınıb. Qətli törədən şəxs hadisə yerindən qaçıb.
Qeyd edək ki, Şirvanda yerləşən şadlıq saraylarından birində qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırmaqda davam edirlər. Qətldə iştirak edən şəxsin və digərinin saxlanılması istiqamətində əməliyyat istintaq tədbirləri həyata keçirilir.
apa.az


































