Azərbaycanda istilər zirvəyə çatır: Avqustun 18-də 36 dərəcə gözlənilir
Avqustun 18-də Azərbaycanda havanın temperaturunun 36 dərəcəyə çatacağı gözlənilir. Bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.
Minval.info xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək və mülayim şimal-qərb küləyi əsəcək. Gecə saatlarında temperatur 21-24° arasında dəyişəcək, gündüz isə 28-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu səviyyəsində olacaq, nisbi rütubət isə gecə 70-80%, gündüz 45-50% təşkil edəcək.
Ölkənin digər bölgələrində də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dağlıq ərazilərdə günorta saatlarında qısamüddətli yağış və şimşək ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq bölgələrdə duman müşahidə edilə bilər. Şərq küləyi əsəcək. Gecə temperatur 20-25° isti, gündüz isə 31-36° isti olacaq. Dağlarda isə gecə 12-17°, gündüz 20-25° isti proqnozlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026