Azərbaycanda iki yaşlı uşağın valideynlərindən iyrənc əməl - AÇIQLAMA
Az
ərbaycanda müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynlərinin tapılması istiqamətində araşdırmalara başlanılıb.
“Minval.info” xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, artıq məsələ ilə bağlı aidiyyəti qurumlar da məlumatlandırılıb.
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
O bildirib ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova rəhbəri olduğu sığınacağa 2 yaşlı uşağın yerləşdirildiyi barədə Dövlət Komitəsinə məlumat verib.
Məlum olub ki, azyaşlı valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verilib. Amma sonradan uşağı qonşuya verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Qonşu ailə azyaşlının valideynləri ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb. Uşağın atası isə ondan imtina etdiyini bildirib. Bundan sonra qonşu azyaşlını sığınacağa təhvil verib.
“Məsələ Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir və artıq uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar aidiyyəti qurumlarla birlikdə davam etdirilir”, – T.Mərdanoğlu əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?