Azərbaycanda dünyada nadir rast gəlinən heykəl ucaldılıb - VİDEO

Gədəbəy rayonunun Qaraməmmədli kəndində ucaldılan çoban heykəli görənlərin marağına səbəb olur.
58 il əvvəl heykəlləşdirilən əmək insanı bu gün də qorunub saxlanılır. 15 ölkədən məhz Azərbaycanda mövcud olan çoban heykəli dövrünün məşhur və zəhmətkeş insanı olan “Çoban Qara “nın şərəfinə ucaldılıb. Heykəlin durduğu yer dağlardan gələn Zəyəmçay və İnəkboğan çaylarının qovuşduğu ərazidə yerləşir. Bura aranla, yaylaq arasında bir keçid rolunu oynayır. Qazax, Tovuz və Şəmkir rayonlarından gətirilən bütün sürülər bu ərazidən keçərək yaylaqlara aparılıb.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
“Çoban Qara”nın şərəfinə mahnı da bəstələnib.Rayona gələn turistlərin də marağına səbəb olan abidə bu gün də öz əzəmətini qoruyub saxlayır. Əvvəllər olduğu kimi, indi də bura çatarkən çobanlar dayanıb düşərgə salır, heyvanları sayır, yerbəyer edir, dinclərini aldıqdan sonra yollarına davam edirlər.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar