Azərbaycanda daimi yaşamaq icazəsi olmayan Gürcüstan vətəndaşlarına vaksinasiya ilə bağlı şad xəbər
Artıq Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olmayan, bununla belə pandemiya səbəbindən ölkədən çıxa bilməyən Gürcüstan vətəndaşları da koronavirusa qarşı peyvənd oluna biləcəklər.
“Mİnval.info” xəbər verir ki, bununla bağlı Oxu.Az-a Gürcüstan azərbaycanlılarının “Soydaş” İctimai Birliyindən məlumat verilib.
Məlumatda deyilir:
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
“Hazırda Azərbaycanda olan və pandemiya səbəbindən ölkəni tərk edə bilməyən soydaşlarımız vaksinasiya ilə bağlı problemlərlə üzləşmişdilər. Belə ki, olduğu yer üzrə qeydiyyatda olan (müvəqqəti və ya daimi yaşama icazəsi olmayan) soydaşlarımız burada koronavirusa qarşı peyvənd vurdura bilmirdilər.
“Soydaş” İctimai Birliyi olaraq bununla bağlı müxtəlif dövlət qurumlarına müraciətlər etmişdik. Artıq bu gündən etibarən 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) VII korpusunda vaksinasiya prosesinə başlanılıb.
Vaksin olunmaq istəyən şəxslər həftə içi hər gün saat 09:00-18:00 arası, şənbə günləri 09:00-14:00 arası peyvəndlənmə üçün müraciət edə bilərlər. Xarici pasportunuz və olduğunuz yer üzrə qeydiyyat zamanı sizə təqdim olunan qeydiyyat sənədinizlə birgə xəstəxanaya gedərək canlı növbə götürə bilərsiniz”.
“Soydaş” İctimai Birliyinin rəhbərliyi sözügedən məsələdə göstərdiyi köməyə görə Azərbaycan – Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyevə, həmçinin aidiyyəti dövlət qurumlarına təşəkkür edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?