Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 3 nəfər müəyyən edilib.

“Minval.İnfo” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd edilib ki, cari il ərzində xarici münaqişə zonalarında döyüşmüş 8 nəfərin şəxsiyyəti müəyyən olun­ub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı saxla­nılıb, qanunsuz miq­rasiya ilə məşğul olan 9 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərər­sizləşdirilib.

Bundan başqa cari il ərzində dövlət sərhədini pozduqlarına görə 574 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 701 nəfər, axtarışda olan 5561 nəfər saxlanıl­ıb.

Qeyd olunub ki, 38 milyon 279,8 min manat dəyərində qaçaqmalın, 1 ton 215 kiloqram 325 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alın­ıb.

Bundan başqa, il ərzində sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı 3 halda silahlı müqavimət göstərilib, sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunub, hadisə yerində 2 halda avtomat silah, 1 halda 2 ədəd gecə­görmə cihazı aşkar olunub.

O cümlədən, iyun ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göy­təpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qar­şısı alınarkən silahlı sərhəd pozucuları ilə atış­mada çoxsaylı güllə yaraları almış çavuş Ramazan Kurupovun həyatı təcili tibbi müdaxilə sayəsində xilas edilib, əməliyyat-axtarış və qoşun təd­birləri nəti­cəsində 29 noyabr tarixində dövlət sər­hədinin pozulmasının qarşısı alı­narkən baş vermiş atışma zamanı sərhədçilər tə­rəfindən şəxsi şücaət nümayiş etdi­rilib, çavuş R.Kurupov atəş açmış sər­həd po­zucusu ayağından güllə ya­rası almaqla saxlanılıb.