05.08.2026 - 01:37
Ölkə 40 baxış

Azərbaycanda Avqustun isti günləri: Bakıda yağışsız, dağlarda sürpriz hava!

5 avqust tarixində Azərbaycanda hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında yağış gözlənilmir. Gün ərzində şimal-şərq küləyi üstünlük təşkil edəcək və axşam saatlarında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25°, gündüz isə 31-36° arasında dəyişəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 40-50% olacaq.

Azərbaycanın digər bölgələrində də əsasən yağışsız hava müşahidə ediləcək. Lakin bəzi dağlıq ərazilərdə günorta saatlarında qısamüddətli yağış və ildırım ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq bölgələrdə duman gözlənilir. Külək mülayim şərq istiqamətində əsəcək. Gecə temperaturu 21-26°, gündüz isə 34-39° olacaq, dağlıq ərazilərdə isə gecə 15-20°, gündüz 25-30° arasında dəyişəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: