Şamaxıda ağır yol qəzası baş verib.
Minval.info-nun “Qafqazinfo”ya istinadən məlumatına görə, Şamaxı-Pirqulu yolunun Qızmeydan kəndi ərazisindən keçən hissəsində “Vaz 2107” markalı avtomobil dərəyə aşıb. Nəticədə bir neçə dəfə yuvarlanan maşındakı 3 yaşlı oğlan uşağı dünyasını dəyişib.

İlkin məlumatlara görə, “VAZ 2107”nin sürücüsü Şamaxının Kürdəmiç kənd sakini hazırda Bakıda yaşayan Atəş Quliyev olub. Qəza nəticəsində dünyasını dəyişən 3 yaşlı uşaq sürücünün övladı Quliyev Əmrah Atəş oğludur.

Avtomobildə olan digər azyaşlı sərnişinlər, 2015-ci il təvəllüdlü Quliyev Uğur Atəş oğlu Hüseynli Turan xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.


































