
Sumqayıtda qadın özünü binadan atıb.
Minval.info-nun APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Ərşad Kərimov küçəsində qeydə alınıb.
30 yaşlı Əliyeva Şəhla Cahid qızı özünü yaşadığı hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən ataraq intihar edib.
İntiharın səbəbləri bilinmir.
Faktla bağlı araşdırma aparılır.


































