01.09.2018 - 22:00
Dünya 19 baxış

Azərbaycan vətəndaşları Türkiyədə həlak oldular - VİDEO

Türkiyədə Giresun-Trabzon yolunda ağır avtomobil qəzası baş verib.

Oxu.Az xəbər verir ki, Sedat İnanlının (47 yaş) idarə etdiyi mikroavtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü ilə bərabər iki Azərbaycan vətəndaşı – Rahilə Əsirova (47 yaş) və İradə Tanrıverdieya (42 yaş) həlak olublar.

Digər sərnişin Şükrü Altaş (50 yaş) xəstəxanaya yerləşdirilib. Polis qəza ilə əlaqədar istintaqa başlayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: