Azərbaycan əhalisinin sayı artıb

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 25948 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 145 081 nəfərə çatıb.
Minval.info-nun məlumatına görə, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Yanvar – avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 73177 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,4 faiz, qızların xüsusi çəkisi isə 46,6 faiz olub.
Körpələrdən 1862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur