Azərbaycan Burundi qaçqınlarına 30 min dollarlıq yardım ayırdı

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) üzv dövlətlərə etdiyi müraciətinə cavab olaraq, Azərbaycan Prezidentinin tapşırığına əsasən Azərbaycan Burundi qaçqınlarına humanitar yardımın göstərilməsi məqsədilə 30 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırıb.
Xarici İşlər Nazirliyindən Minval.İnfo-ya verilən məlumata görə, sözügedən vəsait Tanzaniya, Konqo Demokratik Respublikası, Ruanda və Uqandada məskunlaşmış Burundi qaçqınlarının təcili humanitar tələbatının qarşılanması, onların öz ölkələrinə qayıdışının təşviq edilməsi və cəmiyyətə reinteqrasiya olunması kimi fəaliyyətlərin dəstəklənməsinə yönəldiləcək.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
BMTQAK “2019-2020-cu illər üzrə Burundi Qaçqınlarına Regional Yardım Planı”nı təqdim edərək nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi üçün 296,4 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitinin tələb olunduğunu açıqlamış, Burundi qaçqınlarının qida, tibbi yardım, uşaqların təhsil və sair kimi təcili humanitar tələbatının qarşılanması məqsədilə üzv dövlətlərə müraciət edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək