Azər Zahid bir gündə "Tik-Tok"-dan 10 min dollar qazanıb?
“Dünən Azərbaycan sosial media məkanında 1 ilk yaşandı. Azər Zahidin təsis etdiyi “Təkər”də realiti-şousunun canlı yayımına “Tik-Tok” platforması üzərində real zamanda 50.000 izləyici toplandı. 13 milyon bəyənmə və yüksək hədiyyəli yarışda qazancın 10.000 dollardan çox olduğunu təxmin edirəm”.
Bu sözləri tanınmış texnobloqer Fərid Pərdəşünas sosial şəbəkədə qeyd edib. Texnobloqer aparıcının “Tik-Tok”da bu cür veriliş aparmasına da münasibət bildirib:
“Azər düz edirmi? Əlbəttə, düz edir. “Maşın Şou” ola bilər, amma beləsi yox? Yəni əgər efirlərimizdə belə şey varsa, niyə də “Tik-Tok”-da olmasın. Bu adamlar cəmiyyətin istədiklərini verir. 7 ildir texnologiyadan danışıb bu rəqəmlərin 1/10-ə çata bilməmişəmsə, məncə mən də susmalıyam (adam bir gecədə 7 illik abunəçi sayımız qədər adamı canlıya yığa bilir).
Həm Azəri, həm Bayram Nurlunu təbrik edirəm. “Tik-Tok”-un isə yaxın zamanda Azərbaycanda şirkət açıb, vergi ödəyicisi olmağını gözləyirəm. Çünki burada artıq böyük pullar dövr etməyə başlayıb. Bu istiqamətdə “Tik-Tok” da işlərə başlayıb və Azərbaycana artıq 2 dəfə rəsmi nümayəndəsini göndərib”.
Xatırladaq ki, bir müddətdir efirlərdə görünməyən aparıcı Azər Zahid “Tik-Tok” sosial şəbəkədəsində “Təkərdə” adlı veriliş açıb.
İki gün əvvəl yayımlanan realiti şouda “Tik-Tok”un ən məşhur və qalmaqallı yayımçıları iştirak edir. Məlum olub ki, verilişin ilk buraxılışını eyni anda 47 mindən çox insan izləyib. Bu isə Azərbaycanda rekord göstəricidir.
İddialara görə, 2 günə şouya 2,2 milyon jeton – təqribi 10 min dollar dəyərində hədiyyə atılıb.
Qeyd edək ki, əksəriyyət “Təkərdə” layihəsini “Maşın Şou” ilə müqayisə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur