Avropada qazın 1000 kubmetrinin qiyməti 590 ABŞ dollarını ötüb.

“MİNVAL.İNFO” TASS agentliyinə istinadən xəbər verir ki, avqustun 30-u səhər saatlarında Niderlanddakı TTF habı üzrə qazın qiyməti 1000 kubmetr üçün 592 ABŞ dollarına çatıb.

Hazırda qiymət bir qədər ucuzlaşaraq, 1000 kubmetr üçün 586 ABŞ dolları təşkil edir.