Avropada QALMAQAL: Müşavir baş naziri “nasist” adlandırıb istefa verdi
Macarıstan baş nazir Viktor Orbanın müşaviri Zsuzsa Hegedus baş nazirin ötən həftə “Biz qarışıq irqlər istəmirik” çıxışının “tam nasist mətni” olduğunu bəyan edərək istefa verib.
“Minval.info” Teleqraf.com-a istinadən xəbər verir ki, 20 ildir Orbanla birlikdə olan Hegedus baş nazirə ünvanladığı istefa məktubunda onun istifadə etdiyi ifadələrin Cozef Göbbelsin “ağzına layiq” dəqiq nasist mətni olduğunu bildirib.
Orban ötən həftə çıxışında deyib ki, Avropa xalqları bir-biri ilə qarışmaqda sərbəstdirlər, lakin avropalı olmayanlarla qarışmamalıdırlar.
Orbanın sözçüsü mətbuatın çıxışı təhrif etdiyini bəyan edib.
Müşavirinin məktubuna cavab verən Orban hökumətinin antisemitizm və irqçiliyə tolerantlığının sıfır olduğunu deyib.
Orbanın açıqlamaları Macarıstanda bəziləri tərəfindən sərt şəkildə tənqid olunsa da, onu şövqlə müdafiə edənlər də var.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dollar sabit, avro və lirə ucuzlaşdı
Qızıl və gümüş qiymətləri yenidən enir
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu
Kanada və Ukrayna arasında 350 milyon dollarlıq anlaşma
Güllünün ölümündə şok etiraf: Qızı qatil çıxdı!
İranın raket hücumları: ABŞ bazaları hədəfdə
Anastasiya Trequbova keçmiş əri tərəfindən döyüldü