Avropa Rusiya qazına daha çox sərmayə qoyur: Asılılıq azalırmı?
Avropa İttifaqı (Aİ), Rusiya enerji təchizatından asılılığını azaltmaq istiqamətindəki səylərinə baxmayaraq, bu ölkədən mayeləşdirilmiş təbii qaz idxalını artırıb.
Minval.info xəbər verir ki, Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) məlumatlarına əsasən, Aİ ölkələri iyun ayında Rusiyadan keçən ilin eyni dövrü ilə müqayisədə 14 faiz daha çox mayeləşdirilmiş təbii qaz alıblar.
Fransa, Rusiyadan qaz idxalında lider mövqeyini qoruyur. Təşkilatın hesablamalarına görə, Rusiyanın Avropaya enerji təchizatından əldə etdiyi gündəlik gəlir 60 milyon avroya çatıb.
Bu artım, Aİ-nin 1 yanvar 2027-ci il tarixindən etibarən Rusiyadan uzunmüddətli mayeləşdirilmiş təbii qaz idxalına tam qadağa tətbiq etməyi planlaşdırdığı bir dövrdə baş verir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır