Avropa ölkələrindən İsrailə sərt xəbərdarlıq

Fransa, Almaniya, İtaliya və Böyük Britaniya Xan əl-Ahmar qəsəbəsindəki evlərin uçurulmasının ağır nəticələr verəcəyi ilə bağlı İsrailə xəbərdarlıq ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə sözügedən ölkələrin birgə bəyanatında deyilir.
Ölü dənizə gedən yol Qüds şəhəri yaxınlığında yerləşən Xan əl-Ahmar qəsəbəsindən keçir.
İsrail bu qəsəbədəki evlərin qanunsuz tikildiyini əsas gətirirək onların uçurulacağını bəyan edib. Orada yaşayan 200 ərəb isə məcburən köçürüləcək.
Fransa, Almaniya, İtaliya və Böyük Britaniya İsrail hökumətinə müraciət edərək qəsəbənin məhvi plalının icrasından çəkinməyə çağırıblar. Müraciətdə qeyd olunur ki, bu addımın nəticələri çox ağır olacaq.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır