Avropa ölkələri İranla bağlı bəyanat verib
“İranın Birgə Əhatəli Fəaliyyət Planı üzrə öhdəlikləri ilə bağlı dünən etdiyi açıqlamadan daha çox narahat olduğumuzu qeyd edirik”.
“Report” “Haber7″yə istinadən xəbər verir ki, bu, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, Almaniyanın xarici işlər naziri Heiko Maas, Böyük Britaniyanın XİN başçısı Ceremi Hunt və Fransanın xarici işlər naziri Jan-İves Le Drianın İran prezidenti Həsən Ruhaninin mayın 8-də açıqladığı qərarla bağlı birgə bəyanatında vurğulanıb.
“İrana nüvə müqaviləsinin öhdəliklərini yerinə yetirməkdə davam etməyə və gərginliyi artırmaqdan çəkinməyə çağırırıq. Hər cür ultimatumu rədd edirik. İranın öhdəliklərini yerinə yetirib yetirmədiyini isə nüvə müqaviləsi və nüvə silahının yayılmaması haqqında müqavilə çərçivəsində dəyərləndirəcəyik”, – bəyanatda bildirilib.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Qeyd edək ki, mayın 8-də İran prezidenti Həsən Ruhanı Birgə Əhatəli Fəaliyyət Planı üzrə öhdəliklərdən qismən çıxdıqlarını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək