Avropa İttifaqı 500 avroluq əsginasların çapını dayandırdı

Avropa İttifaqı ölkələrinin mərkəzi bankları 500 avro nominalında banknotların emissiyasını tam dayandırıb.
Yenicag.az Bloomberg agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqının əksər dövlətləri 500 avroluq əsginasların çapını hələ yanvar ayından saxlamışdı, lakin Almaniya və Avstriya aprelin 26-na qədər emissiyanı davam etdirə bilərdi.
Əsginasın dövriyyədən çıxarılması belə iri pulların çox vaxt pərakəndə ticarətdə deyil, kriminal məqsədlərlə istifadə olunması ilə bağlıdır. Bu banknotlar əsasən kölgəli pul əməliyyatlarında – terrorun maliyyələşməsində və narkotrafikdə ortaya çıxırdı. 500 avroluq banknotlar yenə ödəmə vasitəsi kimi istifadə olunacaq, həmçinin kommersiya banklarının dövriyyəsində qalacaq.
Avropa Mərkəzi Bankının məlumatına görə, yanvar ayında dövriyyədə ümumi həcmi 260,5 milyard avroluq 521 milyon ədəd belə banknot olub.
Qeyd edək ki, 500 avroluq əsginasların çapı 2002-ci il yanvarın 1-dən başlayaraq 17 il davam edib. Dünyadakı bütün nağd avronun 20 faizi bu banknotların payına düşür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vanqanın koronavirus və toqquşma öngörüsü açıqlandı
Saakaşvili toyunun ildönümünü Gürcüstanda qeyd edəcək
Rusiyanın təyyarəsi belə vuruldu (VİDEO)
“Past”: Ermənistanda ərzaq təhlükəsizliyi məsələsi böhranlı vəziyyətdədir
Bürclər gün üçün nə vəd edir?
Britaniya Rusiya və İrana qarşı ittifaq yaradacaq