AVRO-2020 vaxtı Bakıda əcnəbi azarkeşi qarət edən şəxs tutulub

Bakıda hosteldən oğurluq edən şəxs saxlanılıb.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, hadisə “Travel İnn Hostel”də qeydə alınıb.
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
Belə ki, AVRO-2020 oyunlarını izləmək üçün Bakıya gələn Türkiyə və Fransa vətəndaşı, azarkeş Altındağ Muhammedin qaldığı hoseldə əmlakı oğurlanıb.
Həmin şəxs azarkeşin çarpayısının altındakı əmlakını yığdığı dolabdan 100 manat dəyərində pul kisəsini, “iPhone 6S” və “iPhone XS”markalı mobil telefonları, “Apple Airpods 2+etui” qulaqcıqlarını, 100 manatı, eləcə də 50 avronu oğurlamaqla ümumilikdə zərərçəkmişə 1 505 manat maddi ziyan vurub.
Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Travel İnn Hostel”dən oğurluq edən Beyləqan rayon sakini Elnur Canbazov saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?