Avqustda 40 dərəcə isti: Hava xəbərdarlığı!
Avqustun 25-də Azərbaycanda hava şəraitinin 40 dərəcəyədək isti olacağı proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında temperatur 23-26° isti, gündüz isə 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 70-75%, gündüz 45-50% olacaq.
Minval.info xəbər verir ki, Azərbaycanın digər rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə gündüz saatlarında qısamüddətli az yağış və şimşək çaxması ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39°, bəzi yerlərdə isə 40°-dək isti olacaq. Dağlıq ərazilərdə isə gecə 14-18° isti, gündüz 23-28° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026