Atası zibil daşıdığı üçün oğlunu ələ saldılar - Müəllimdən isə möhtəşəm addım
Türkiyəli müəllimin davranışı son günlər sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Şagirdlərin atası zibil yığmaqla məşğul olan bir şagirdə rişxəndlə yanaşdığını görən Naim Ünvər adlı müəlllim, uşaqların fikrini dəyişmək üçün maraqlı addım atıb.
Minval.İnfo xəbər verir ki, uşağın atası ilə də razılaşan müəllim sinif otağının döşəməsinə bilərəkdən müxtəlif tullantılar atıb. Sinif otağına daxil olan şagirdlər pis qoxu və zibil tullantılarından narahat olublar.
Müəllim uşaqlara onları bu vəziyyətdən xilas edə biləcək bir qəhrəman tadığını deyərək, həmin zibil yığmaqla məşğul olan atanı otağa çağırır. Tullantılar yığılıb, otağın havası təmizləndikdən sonra şagirdlər onları “xilas edən” qəhrəmanın söhbətinə də maraqla qulaq asıblar.
Ata bildirib ki, o, çox çətin bir işlə məşğul olur: “Siz səhər yatdığınız saatlarda mən və dostlarım işə başlayırıq. Siz məktəbə gedəndə yolları, küçələri təmiz görəsiniz, balaca ciyərlərinizə üfunət qoxusu dolmasın deyə çalışırıq”.
Bundan sonra şagirdlər bu sahəyə böyük hörmət bəsləyirlər və hətta böyüyəndə zibil yığımı ilə məşğul olacaqlarını bildirirlər. “Siz uşaqlara nə öyrədirsiniz ki, zibil yığıan olmaq istəyirlər”– deyə, müəllimı etiraz edən valideynlərə isə müəllimin cavabı tutarlı olub: “Biz insan olmağı öyrədirik”.
Dəniz
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır