Aşotyan: AB təsdiqlədi – “Dağlıq Qarabağ” artıq yoxdur! – Elxan Şahinoğlu ilə “Canlı debat”
Avropa Birliyi “Dağlıq Qarabağ” söz birləşməsindən rəsmi olaraq tam imtina edib.
Axar.az xəbər verir ki, bu fikirləri Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan bildirib.
Onun sözlərinə görə, bu bəyanat Avropa Komissiyasının baş katibi tərəfindən imzalanmış və bu il iyulun 18-də dərc edilmiş rəsmi sənədə əsaslanır:
“Sənəd “Azərbaycanla tərəfdaşlığın həyata keçirilməsi haqqında” məruzə adlanır. Yəni Avropa Birliyinin Azərbaycanla tərəfdaşlıq proqramı var. Bu hesabatda onun Azərbaycanla münasibətləri, müxtəlif sahələrdə qeydə alınmış qiymətləndirmələri, problemləri və uğurları ümumiləşdirilir. Təbii ki, Azərbaycanla münasibətlər kontekstində təhlükəsizlik problemlərinə də qiymət verilib. Bütün bu mətndə heç olmasa bir dəfə “Dağlıq Qarabağ” terminindən istifadə olunmur. “Dağlıq Qarabağ” söz birləşməsi “Azərbaycanın Qarabağ iqtisadi zonası” termini ilə əvəzlənib. Beləliklə, rəsmi Brüssel “Dağlıq Qarabağ” ifadəsindən tam imtina etdi. Avropa Birliyinin rəsmi rəyinə görə, Dağlıq Qarabağ artıq yoxdur”, – deyə o qeyd edib.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
ƏLAQƏLİ
Ermənistanda PANİKA: Azərbaycan Ordusu yüksəklikləri götürdü, mühəndislik işlərinə başladı – CANLI
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
ƏLAQƏLİ
ORDUMUZ BU ƏRAZİLƏRDƏ İSTEHKAMLAR QURUR - Ermənilər video yaydı - DETALLAR "Canlı debat"da
https://www.youtube.com/user/TVmusavat
Musavat.com
https://www.youtube.com/watch?v=VLLReNa6oHk
ƏLAQƏLİ
TƏCİLİ: Rusiyadan Ermənistana ciddi XƏBƏRDARLIQ: “Cəsarətiniz varsa, edin!” – “Səhər Xəbər”də
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fənərbağça - Beşiktaş matçı - CANLI
TƏCİLİ: Türkiyədə seçkilər 1 il təxirə salınır?