Arvadını öldürdü, meyitini ətçəkən maşından keçirdi
Türkiyənin Mersin şəhərində arvadını xüsusi amansızlıqla qətlə yetirən Mustafa Ərtürkoğlunun məhkəməsi olub.
Cəmilə Ərtürkoğlu ilə boşanma ərəfəsində olan qatil əvvəlcə onun başını kəsib, sonra ətçəkən maşından keçirib.
“CNNTürk”ün xəbərinə görə, Mustafa Ərtürkoğlunun məhkəməsinə qadın haqları mərkəzini təmsil edən 40 vəkil qadın gəlib.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Mustafa Ərtürkoğlu ifadəsində Cəmilə Ərtürkoğlunu evlilik ildönümü bəhanəsi ilə evə çağırıb, onun boğazını kəsdiyini, daha sonra parçaladığı cəsədin bir hissəsini ət maşınında çəkdiyini, qalan hissələrini isə şəhərin müəyyən yerlərində zibil yeşiklərinə atdığını soyuqqanlılıqla danışıb.
Məhkəmədə son sözü soruşulan Mustafa Ərtürkoğlu istintaq prossesinin həbs olunmadan aparılmasını istəyib.
Məhkəmə dekabrın 6-dək təxirə salınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək