Aralıq dənizində iki nəhəng dövlətin qüvvələri üz-üzə: kim daha güclüdür?
Amerika prezidenti Donald Trampın Rusiyaya sosial mediadan göndərdiyi “Hazır ol, raketlər gələcək” mesajından sonra iki dövlət regiondakı qüvvələrinin sayını artırmaqla məşğuldur.
Hazırda regionda Rusiyanın və Amerikanın ən güclü iki dağıdıcı döyüş gəmisi döyüşə hazır vəziyyətdədir. ABŞ-ın ən yeni və ən son texnologiya ilə təchiz olunmuş “Donald Cook” gəmisi son alınan məlumatlara görə Suriya sahillərinə yaxın ərazilərdə özünə mövqe seçib.
Rusiyanın isə uzaq mənzilli raketlərlə təchiz olunmuş “Moksva” gəmisi şərqi aralıq dənizində hazır vəziyyətə gətirilib.
Minval.İnfo xəbər verir ki, hazırda Amerikanın regionda 1 təyyarə daşıyan , 6 döyüş, 2 sualtı gəmisi döyüşə hazır vəziyyətdədir. Rusiyanın isə buna qarşı 6 döyüş gəmisi regionda döyüşə hazıra vəziyyətə gətirilib. Bunlardan əlavə Britaniyanın 1 sualtı gəmisi və Fransanın 1 döyüş gəmisi şərqi aralıq dənizində yerini alıb.
Qeyd edək ki, bir gün əvvəl Donald Tramp Suriyaya hücumun bu yaxınlarda və ya heç olmayacağını qeyd edib.
Tamerlan Mehdi
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır

