AQTA qurban ətini satmağı təklif edir, din isə... - Hacı Şahindən AÇIQLAMA
“Qurban kəsmək Həcc ziyarətində olanlara vacibdir. Qurban kəsilməsi Həccin ayinlərindən biridir və orada olan insanlar əgər qurban kəsmələsələr, ziyarətləri batil olur”.
Bu sözləri Ölkə.Az-a açıqlamasında “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. O, qurban kəsilməsi ilə bağlı vacib göstərişlərdən də danışıb:
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
“Başqa yerlərdə Qurban bayramı zamanı qurban kəsmək vacib olmasa da, bəyənilən əməldir. Yəni insanlarla paylaşmaq, qurban ətini yoxsul insanlara çatdırmaq böyük bir savab əməldir, amma vacib deyil.
Qurbanlıq heyvan üzü qibləyə kəsici alətlə kəsilməlidir. Qurban kəsilən zaman “bismillahirrahmənirrahim, Allahu Əkbər” deyilir. Qurbanı kəsən adam hökmən müsəlman olmalıdır. Qurban ətinin bölünməsi haqqında konkret bir göstəriş yoxdur. Sadəcə qurban ətindən insanların ehtiyacını ödəyəcək qədər pay ayrılmalıdır. Bu qaydalara riayət olunsa, qurban məqbul hesab olunur”.
Qurban ətinin satılması məsələsinə gəlincə isə H.Şahin əlavə edib ki, qurban əti satıla bilməz.
Qeyd edək ki, ötən gün Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanda qurbanlıq heyvanların satış ünvanlarını açıqlayıb. Bildirilib ki, kəsim yalnız əvvəlcədən təyin olunmuş heyvan kəsimi məntəqələrində, qurbanlıq heyvanların cəmdəklərinin satışı isə satış şəbəkələrində həyata keçirilməlidir.
Xatırladaq ki, bu il Qurban bayramı 9-10 iyul tarixlərində qeyd olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?